BolgeXeber.Com » Dünya » Dünyada ilk seks məktəbi açılır

Dünyada ilk seks məktəbi açılır

2-12-2011, 20:15
Oxunub: 6 632 Avstriyanın paytaxtı Vyanada dünyada ilk seks məktəbi açılır.

Bolgexeber.com-un «The Daily Mail»ə istinadən verdiyi məlumata görə, Austrian International School of Sex (AISOS) adlı məktəbin açılışı dekabrın 14-nə planlaşdırılıb.

Orada sekslə məşğul olmağı təcrübədə öyrənmək istəyən 16 yaşdan yuxarı istənilən şəxs oxuya bilər. Hər iki cinsdən olan tələbələr eyni yataqxanada qalacaq və orada onlara «ev tapşırıqlarını» etmək üçün imkan yaradılacaq. Sonda tələbələrə diplom veriləcək.

Məktəbdə tələbələri seksin tarixi, müasir seks nəzəriyyələri, həmçinin onların daha yaxşı tərəfdaş olmalarını təmin edəcək üsullarla tanış edəcəklər. Bütün digər məktəblərdə olduğu kimi, burada da sonda tələbələr imtahan verəcək.