BolgeXeber.Com » Analitika » 14 günə 12 kq necə arıqlamaq olar?

14 günə 12 kq necə arıqlamaq olar?

4-12-2011, 14:40
Oxunub: 5 677 Qarabaşaq pəhrizi

Qarabaşaq pəhrizi ilə 14 günə 12 kq çəki itirmək mümkündür, Pəhrizin effektivliyi qarabaşağın yüksək kaloriliyi ilə əlaqədardır. Bu da pəhriz müddətində zülal (balıq, ət) və yağdan imtina etməyə imkan verir. Qarabaşaqda kaloriliyin yüksəkliyi bitki tərkibli zülalın çox olması ilə əlaqədardır. Pəhrizdə əsas şərt istənilən ədviyyat, sous və ümumiyyətlə duzdan imtinadır. İkinci tələb isə axşam saat 6-dan sonra (yatmağa 4 saat qalmış) qida qəbul etməməkdir.

Qarabaşağın hazırlanma qaydası
Bunun xüsusi üsulu var: 0,5 kq yuyulmuş qarabaşağı 1,5 l qaynar su ilə qarışdıraraq səhərə qədər qalın yorğanın arasında, ya da termosda saxlayın. Qarabaşağı qaynatmaq olmaz. Səhər yarma adi qaynanmış qarabaşağa bənzəyəcək - iki həftə ərzində yalnız belə qidalanmaq lazımdır. Əgər su qarabaşağa tam hopmazsa, artıq qalan mayeni süzün. Növbəti gün isə 1,5 l sudan daha az su əlavə edin.

Pəhrizin menyusu
Qarabaşaqdan başqa (onu istədiyiniz miqdarda yeyə bilərsiniz), menyuya sutkada 1 l qatıq da daxildir. Onu həm qarabaşaqla, həm də ayrı yeyə bilərsiniz. Əgər yatmazdan əvvəl güclü aclıq hissi keçirsəniz, 1 stəkan qatıq içməyə icazə verilir, amma yatmazdan 1,5 saat əvvəl. Başqa pəhrizlərdə olduğu kimi, burada da istədiyiniz qədər maye içə bilərsiniz - qazsız su. Adi su təbii və süni şirələrdən fərqli olaraq aclıq hissi yaratmır. Pəhriz çətin və uzunmüddətli olduğundan polivitamin içilməsi məsləhətdir (hətta bu, ürəkbulanma, əsəb gətirsə belə).

Pəhrizin üstünlüyü
Qarabaşaq pəhrizinin müsbət tərəfi ondadır ki, çəki itkisi başağrısı, zəiflik, yorğunluqla müşahidə olunmur. Digər tərəfdən, qarabaşağın yüksək kaloriliyi sayəsində günbəgün özünüzdə yüngüllük hiss edəcəksiniz. Üçüncüsü və ən əsası pəhrizin yüksək effektivliyidir. 14 gün ərzində ortalama çəki itkisi 7 kq-dır. Həmçinin qarabaşağı istədiyiniz qədər yeyə bilərsiniz. Maddələr mübadiləsinin normaya düşməsindən dərinin ümumi vəziyyəti də yaxşılaşır. Bəzi pasiyentlərdə sellülitin də əriməsinə gətirib çıxarır (yenə də maddələr mübadiləsinin normallaşmasından).

Pəhrizin çatışmazlığı
Müddətinə görə pəhrizi qısamüddətli adlandırmaq olmaz. Amma yüksək effektivlidir - orqanizm yeni qidalanmaya tez alışır. Digər çatışmazlığı isə gün ərzində qarabaşaq və qatıqdan başqa heç nəyin yeyilməməsidir. Əgər 2 həftə pəhriz saxlayaraq istədiyiniz çəkini əldə edə bilməmisinizsə, pəhrizi yalnız bir aydan sonra təkrarlaya bilərsiniz.