BolgeXeber.Com » Dünya » Rusiyada parlament seçkisini hakim partiya uddu

Rusiyada parlament seçkisini hakim partiya uddu

5-12-2011, 10:55
Oxunub: 4 222 Rusiya Dövlət Dumasına seçki hakim Vahid Rusiya Partiyasının qələbəsi ilə başa çatıb.

İlkin nəticələrə görə, baş nazir Vladimir Putinin rəhbərlik etdiyi hakim partiya 4 dekabr seçkisində 49.70 faiz səs yığaraq birinci olub.

Verilən xəbərə görə Kommunist Partiyası 19.15, Ədalətli Rusiya Partiyası 13.17, Liberal Demokrat Partiyası 11.66 faiz səs toplayıb. Seçkidə iştirak edən digər üç partiya 7 faizlik səddi keçə bilməyib. Dekabrın 5-i səhər saatlarına olan məlumata görə, səslərin 93.46 faizi sayılıb.

Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının 450 deputatı proporsional seçki sistemi – partiya sıyahıları üzrə seçilir.