BolgeXeber.Com » Dünya » Misirdə islamçılar hakimiyyəti ələ keçirdilər

Misirdə islamçılar hakimiyyəti ələ keçirdilər

5-12-2011, 11:25
Oxunub: 4 373 Misirin Mərkəzi Seçki Komissiyası (MSK) bir neçə gün əvvəl keçirilmiş parlament seçkisinin ilk turunun nəticələrini yanvarda keçiriləcək yekun turadək açıqlamayacaq.

Rusiya mətbuatının yazdığı məlumata görə, buna baxmayaraq, ölkənin nəhəng islamçı hərəkatlarının liderləri seçkidə qələbə qazandıqlarını bəyan ediblər.
Seçkiyə Azadlıq və Ədalət Partiyası kimi qatılmış "Müsəlman qardaşlar" ilk turda səslərin təxminən 40%-ni qazanıblar. "An-Nur" sələfi partiyası isə 25% səs qazanıb.

Ölkənin ən nüfuzlu dünyəvi partiyası olan Misir bloku 15%-dək səs ala bilib. Bir neçə liberal partiya isə təxminən 5% səslə kifayətlənməli olub.