BolgeXeber.Com » Siyasət » Nemət Pənahlı cəzaçəkmə müəssisəsinə köçürülüb

Nemət Pənahlı cəzaçəkmə müəssisəsinə köçürülüb

5-12-2011, 11:35
Oxunub: 5 012 Milli azadlıq hərəkatının liderlərindən olmuş Nemət Pənahlı Bakı İstintaq Təcridxanasından 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb

Milli azadlıq hərəkatının liderlərindən olmuş Nemət Pənahlı Bakı İstintaq Təcridxanasından 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Məlumat Nemət Pənahlının ailəsindən verilib. Nemət Pənahlı ilə eyni vaxtda tutulmuş Ceyhun Fərzullayevin isə 16 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü bildirilir.

Nemət Pənahlı bu il yanvarın 8-də dostu Ceyhun Fərzullayevlə birgə tutulub. Onlar silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham ediliblər. İttihamın əsasında vətəndaş Eldəniz Rzayevin şikayəti dayanır. Şikayətə görə, Nemət Pənahlı və Ceyhun Fərzullayev yanvarın 7-də Bakının Mirəli Qaşqay küçəsində Eldəniz Rzayevi döyüb, ona yumruq və metal əşya ilə zərbə endiriblər. İyunun 17-də Nəsimi Rayon Məhkəməsi Nemət Pənahlını 6, Ceyhun Fərzullayevi 4 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi dekabrın 1-də Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.