BolgeXeber.Com » Şou-Biznes » Aygün Kazimovanı ağlatdılar

Aygün Kazimovanı ağlatdılar

5-12-2011, 12:15
Oxunub: 5 079
“ürəyimdə olanları söyləyib, mənəvi rahatlıq tapdım”

Qatıldığı realiti-şouların birində Azərbaycanın pop-divası Aygün Kazımova göz yaşlarına hakim ola bilmədi. Həmkarı, estrada müğənnisi Günel Ələkbərovanın etirafı xalq artistinin kövrəlməsilə nəticələndi. Yəqin, sizə də maraqlı oldu, söhbət nəyin etirafından gedib. Milli.Az xəbər portalına açıqlamasında Günel bu barədə ətraflı danışdı.

"Artıq 9 ildir ki, peşəkar səhnədəyəm. Bu sənətə gəlməyimin səbəbkarı haqqında öz istəyimlə danışdım. Aygün xanım çox böyük günahkardır. "Niyə?" sualına da cavabım var. Məhz illər öncə sevimli sənətkarımıza baxıb bu sənətə gəlmişəm. Niyyətim Aygün xanımı kövrəltmək deyildi. Sadəcə, ürəyimdə olanları söyləyib, mənəvi rahatlıq tapdım. Bu sözlərimi oxuyanlarda elə bir fikir formalaşmasın ki, səmimi etiraf etməklə gündəmə gəlmək və ya piar olunmaq arzusundayam. Qətiyyən bu belə deyil, dediyim kimi, səhnədə özümü Günel Ələkbərova kimi təsdiqləyəndən sonra bu sözləri deməkdən çəkinmədim", - Günel belə dedi.

Söhbətimiz zamanı Ələkbərova onu da etiraf etdi ki, səhnədə olan xanım müğənnilərin əksəriyyəti Aygün Kazımova məktəbindən bəhrələnsələr də bunu boyunlarına almaqdan ehtiyatlanırlar.

"Əgər kiminsə adını çəksəm, bax bu olar piar vasitəsi. Odur ki, həmin xanım sənətçilərin kimliyini müəyyən etməyi tamaşaçıların öz ixtiyarına buraxıram. Digər tərəfdən, onsuz da hamı bilir, söhbət kimlərdən gedir. Etiraf etmək, özü-özlüyündə böyüklükdür. Məncə, Aygün Kazımova məktəb yox, akademiyadır. Çox təəssüf ki, bu akademiyaya çoxları öz istəkləri ilə qəbul olunsalar da məzun ola bilməyiblər. Mən isə sevimli sənətkarımızın xeyir-duası ilə "diplom" almaq fikrindəyəm", - müğənni fikirlərini belə tamamladı.