BolgeXeber.Com » Müsahibə-Reportaj » Üç ali məktəb üçün kampuslar tikilir

Üç ali məktəb üçün kampuslar tikilir

5-12-2011, 16:10
Oxunub: 5 582 Azərbaycanın üç ali məktəbi üçün paytaxt kənarında müasir tipli təhsil kompleksi tikilir.

Bolgexeber.com AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Nazir bu ali məktəblərin Azərbaycan Diplomatik Akademiyası, Milli Aviasiya Akademiyası, Moskva Dövlət Universitetinin Bakı filialı olduğunu qeyd edib.

Misir Mərdanov bu tikinti başa çatandan sonra digər ali məktəblər üçün də oxşar addımların atılacağını deyib.

Qeyd edək ki, Azərbaycan Diplomatik Akademiyasının rektoru Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Hafiz Paşayev, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru isə Nərgiz Paşayevadır