BolgeXeber.Com » Siyasət » Əhəd Abıyev də 31-ci dairədə

Əhəd Abıyev də 31-ci dairədə

30-09-2010, 02:30
Oxunub: 6 095

Yeni Azərbaycan Partiyasının üzvü Əhəd Abıyev 31 saylı Suraxanı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizədliyini irəli sürüb.

“Bolgexeber.com”-a açıqlamasında Abıyev bildirib ki, təmsil olunduğu Yeni Azərbaycan Partiyasının bu dairədən namizədi olmadığı üçün namizədliyini müstəqil şəkildə irəli sürüb:

- Bu ərazidə YAP-ın güclü dayaqları var. Azərbaycanda parlament seçkilərinin azad, demokratik, ədalətli keçirilməsinə şərait var. Əmnəm ki, seçkilər yüksək səviyyədə olacaq.

Əhəd Abyev onu da bildirib ki, artıq namizədliyinin qeydə alınması üçün imzatoplama kampaniyasına başlayıb.