BolgeXeber.Com » Media » Vasif Turan KANAL13-ün efirində

Vasif Turan KANAL13-ün efirində

7-12-2011, 14:30
Oxunub: 4 889 Bolgexeber.com-un rəhbəri başına gələn faciə ilə bağlı danışacaq

Məlum olduğu kimi, Bolgexeber.com saytının rəhbəri Vasif Turan oktyabrın 7-də Qobu qəsəbəsində yerləşən evində baş vermiş yanğın nəticəsində iki övladını itirib. Hazırda baş vermiş faciə ilə bağlı FHN-in Baş Əməliyyat İstintaq İdarəsində istintaq aparılır.

Vasif Turan istintaqın gedişatı, baş vermiş hadisələrin təfərrüatları və əldə etdiyi bəzi məlumatları dekabrın 9-u saat 19:00-da KANAL13 onlayn TV-nin efirindən açıqlayacaq. Bu barədə KANAL13-dən verilən məlumatda deyilir ki, «Net Müzakirə» verilişində Vasif Turan həmçinin gənc jurnalist Ülviyyə İsmətin suallarını cavablandıracaq. Verilişdə hüquqşünas Xalid Bağırovun da iştirak edəcəyi gözlənilir.