BolgeXeber.Com » Siyasət » 104 sayli dairənin namizədi “qara piar”a başlayib

104 sayli dairənin namizədi “qara piar”a başlayib

2-10-2010, 01:55
Oxunub: 5 900

104 saylı Gədəbəy-Tovuz seçki dairəsində vəziyyətin gərgin olduğu barədə məlumat vermişdik. Adı çəkilən dairədə bir neçə iddialı namizədin olması buradan gələn xəbərlərin də çoxluğuna şərait yaradır.

Gədəbəydən “Bolgexeber.com”-a daxil olan son məlumatda isə bu dairədən namizədliyini irəli sürən İsaq Həsənzadə barəsindədir.

Belə ki, mənbəmiz iddia edir ki, İsaq Həsənzadə artıq rəqiblərinə qarşı “qara piar”a başlayıb.

Məlumata görə, İ.Həsənzadənin adamları Gədəbəydə digər namizədlərlə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayır.

Bildirilir ki, onun adamları kənd-kənd gəzərək, bu rayondan namizəd olan şəxslər haqqında “qara piar” aparır.

Qeyd edək ki, İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır. O, 2005-ci ildə də deputatlığa namizəd olmuşdu.

Lakin son anda keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə əlaqələri aşkarlanmış və nəticədə namizədliyi məcburi qaydada geri götürülmüşdü.