BolgeXeber.Com » Analitika » SSRİ-nin dağılmasından 20 il keçir

SSRİ-nin dağılmasından 20 il keçir

8-12-2011, 10:30
Oxunub: 5 844 1991-ci ilin 8 dekabrında SSRİ rəsmi şəkildə dağıldı.

Bolgexeber.com-un məlumatına görə, 1991-ci il dekabrın 8-də SSRİ-ni təşkil etmiş - Rusiya SFSR, Ukrayna SSR və Belorusiya SSR SSRİ-nin parçalanması haqqında istəklərini bildirdilər. 1991-ci il dekabrın 25-də Mixail Qorbaçov istefa verdi - SSRİ dağıldı.

SSRİ 1922-ci il dekabr ayının 30-da yaranıb və 69 il mövcud olub. SSRİ dünya tarixində rəsmi ideologiyası marsizm-leninzm - radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur.
Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşüb - 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olub (1989, 1 yanvar - 293 mln).
SSRİ-nin ərazisinin əsas hissəsini RSFSR təşkil edib. SSRİ yaradılarkən onun əsasında 4 dövlət qurumu olub - Rusiya SFSR, Belarusiya SSR, Ukrayna SSR və tərkibində 3 (Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR) dövləti birləşdirmiş Zaqafqaziya SFSR. 1936-cı ilədək SSRİ-nin tərkibində əlavə Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdi. Həmçinin, 1936-cı il islahatlarının nəticəsi olaraq Zaqafqaziya SFSR parçalandı. Beləliklə, SSRİ formal 11 dövlətdən ibarət ittifaqa çevrildi.
II Dünya Müharibəsindən qalib çıxmış SSRİ tərkibinə Litva SSR-i, Moldova SSR-i, Estoniya SSR-i və Latviya SSR-i də qatdı. SSRİ öz sərhədlərini Avropaya tərəf genişləndirdi. Həmçinin Almaniyanın bir hissəsi də ( keçmiş Kenisberq əyaləti ) ona nəsib oldu.