BolgeXeber.Com » Siyasət » 72 saylı dairədə "geriçəkmə" kampaniyası

72 saylı dairədə "geriçəkmə" kampaniyası

2-10-2010, 01:00
Oxunub: 5 181

Yardımlının icra başçısı Xəzər Aslanov namizədliyini irəli sümrmüş şəxsləri hədələməyə başlayıb

72 saylı Yardımlı-Masallı seçki dairəsində namizədliyini irəli sürmüş bəzi şəxslər qəribə proseslə üz-üzə qalıblar. Bu barədə TİA.AZ-a məlumat verən yerli sakinlərin dediyinə görə, həmin qəribə vəziyyət namizədliyini irəli sürmüş şəxslərin geri çəkilməsini əhatə edir.

Mənbə bildirir ki, Yardımlının icra başçısı Xəzər Aslanovun göstərişi əsasında namizədliyi irəli sürmüş şəxslərə təzyiq edilir. Onlardan namizədlikdən imtina etmələri tələb olunur. Əks təqdirdə, həmin şəxslərin dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən yaxın qohumlarını işdən çıxaracaqları ilə hədələyirlər.

Maraqlı məqamlardan biri də budur ki, prosesin içində deputatlığa namizəd Sabir Rüstəmxanlının qohumları da var. Belə ki, onun Yardımlı Mədəniyyət İdarəsində işləyən yaxın qohumu Ayaz Xudiyev namizədliyini irəli sürmüş şəxslərin qohumlarından bir neçəsini işdən çıxaracağı ilə təhdid edib. Tələbi isə bu olub ki, namizəd olmaq istəyən qohumlarını geri çəksinlər.

Son məlumatlara görə, indiyə qədər namizədlikdən imtina etdirlən şəxslərin sayı 5-ə çatıb. Onların yaxın günlərdə sayının daha da artacağı isə istisna edilmir.