BolgeXeber.Com » Media » Jurnalistlər Ərdoğanı güdürlər

Jurnalistlər Ərdoğanı güdürlər

8-12-2011, 17:00
Oxunub: 3 336 Türkiyənin baş nazirinin evi önündə keşik çəkən KİV nümayəndələri üçün çadır təşkil edilib

Kütləvi informasiya vasitələrinin nümayəndələri 2 həftə əvvəl həzm sistemindən əməliyyat olunmuş Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın evi önündə keşik çəkir. Belə ki, əməliyyatdan sonra İstanbulun Üsküdar rayonundakı evində istirahət edən baş naziri ilk görüntüləmək üçün xeyli sayda jurnalist günlərdir evin önündə dayanıb. Bu gün isə Ümraniyyə bələdiyyəsi yağışın altında gözləyən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün çadır qurub. Bundan sonra jurnalistlər Rəcəb Tayyib Ərdoğanı içində qızdırıcının da olduğu çadırda gözləyəcəklər.

Baş nazirin evi önündə isə sakinlərin öz ürək sözlərini yaza bildikləri dəftər qoyulub.