BolgeXeber.Com » Müsahibə-Reportaj » Müxalifətçilərin məhkəməsində əlbəyaxa dava

Müxalifətçilərin məhkəməsində əlbəyaxa dava

9-12-2011, 12:20
Oxunub: 5 268 Bakı Apellyasiya Məhkəməsində incident baş verib.

Bolgexeber.com-un məlumatına görə, 2 aprel məhbuslarından Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və təşkilatın şöbə müdiri Məhəmməd Məcidlinin şikayəti ilə bağlı məhkəmə baxışında iştirak etmək üçün gələnlərlə məhkəmə salonunda olan mülki geyimli bir nəfər arasında dava düşüb. Müsavat Partiyası Gənclər Komitəsinin sədr müavini Səxavət Soltanlı Tural Abbaslının şəklini çəkmək istəyərkən mülki geyimli şəxs ona mane olub. Onun maneçilik etməsinə Tural Abbaslı etiraz edib. Bu zaman Səxavət Soltanlı ilə həmin şəxs arasında qarşıdruma olub.

Məhkəməyə gələn müxalifət təmsilçiləri “Azadlıq” şüarı səsləndiriblər. Məhkəmə iclasının keçirilməsi bu hadisəyə görə yubadılıb.

Qeyd edək ki, məhkəmədə AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər də iştirak edirlər.

Məhkəmə dekabrın 16-adək təxirə salınıb.