BolgeXeber.Com » Sosial » Həbsxanada insident, bir nəfər öldü, bir məhkum qaçdı

Həbsxanada insident, bir nəfər öldü, bir məhkum qaçdı

9-12-2011, 12:25
Oxunub: 4 689 Məhbuslar arasında yaranan münaqişə nəticəsində bir nəfər özünü öldürüb.

Qaradağ rayon Prokurorluğundan cümə günü Bolgexeber.com-a verilən məlumata görə, hadisə dünən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində baş verib.

Məhbuslar arasında yaranan münaqişə nəticəsində bir nəfər özünü öldürüb.

Daha bir məhkum isə müəssisədən qaçıb.

Cinayət işinin istintaqını Bakı şəhər Prokurorluğu aparır.

Qaradağ rayon Prokurorluğundan cümə günü Trend-ə verilən məlumata görə, həbsxanada ölən şəxs1988-ci il təvəllüdlü Fərid Cavid oğlu Dadaşov , qaçan məhbus isə 1983-ci il təvəllüdlü Faiq Fuad oğlu Fərəcovdur.