BolgeXeber.Com » Sosial » Gəlirimizə görə dünyada 80-cı yerdəyik

Gəlirimizə görə dünyada 80-cı yerdəyik

10-12-2011, 10:05
Oxunub: 5 477 BVF-nin açıqladığı hesabatda Azərbaycanda adambaşına düşən gəlirin həcmi 10033 dollar göstərilir

Beynəlxalq Valyuta Fondu (BVF) ilin sonuna yaxın dünya ölkələrinin adambaşına düşən illik gəlirləri ilə bağlı hesabatını açıqlayıb. TİA.AZ xəbər verir ki, adambaşına düşən gəlirinin ən yüksək həddinə görə, dünya birincisi Qətərdir. Bu ölkədə qeyd olunan məbləğ 88559 dollar təşkil edir.

BVF-nin siyahısında ilk Beşliyə düşmüş ölkələr sırasında ikinci yeri Lüksenburq tutur. Bu ölkədə adambaşına düşən gəlirin həcmi 81383 dollardır. Müsəlman Sinqapur dövləti isə 56522 dollarla sıralamada üçüncüdür. Norveçin hər bir vətəndaşının illik payı 52103 dollar, Buruneyin isə 48892 dollardır.

TİA.AZ bildirir ki, dünyanın supergücü olaraq tanınan ABŞ isə sıralamada yeddincidir. Belə ki, bu ölkədə adambaşına düşən gəlirin miqdarı 47284 dollara bərabərdir. Qardaş Türkiyə BVF-nin cədvəlində 64-cü yerdə qərarlaşıb və türklərin illik gəliri 13464 dollardır.

Azərbaycan isə BVF-nin siyahısında 80-ci yerdə qərarlaşıb. Belə ki, ölkəmizdə adambaşına düşən gəlirin 10033 dollar təşkil edir. Keçmiş Sovet respublikaları sırasında bizdən öndə olan dövlətlər isə çoxdur. Məsələn, Litva, Rusiya, Belarus və Qazaxıstan Azərbaycanı gəlirinə görə, xeyri irəlidədir