BolgeXeber.Com » Şou-Biznes » Müğənnimiz seriala çəkilir

Müğənnimiz seriala çəkilir

11-12-2011, 11:25
Oxunub: 5 839 Yerli teleməkanda serialların sayı durmadan artır.

Serialların aktyor heyəti arasında müğənnilərə də rast gəlirik. Sabah daha bir sənətçimiz Nura Suri ilk dəfə serialda aktyorluq imkanlarını göstərəcək. O, bunu Facebook səhifəsində bir cümlə ilə yazıb. Amma hansı seriala və hansı obrazda çəkiləcəyini müğənni bir neçə çəkilişdən sonra açıqlayacaq.

Bolgexeber.com xəbər verir ki, müğənni bir müddət əvvəl Mill.Az xəbər portalına serial mövzusu ilə bağlı açıqlama vermişdi. O, yerli rejissorlardan iki bədii film və bir seriala çəkilmək təklifi aldığını bildirmişdi. Eyni zamanda türk kinematoqrafçıları da Nuranı öz filmlərində çəkmək üçün ona müraciət ediblər. Müğənni hələlik bu təklifi dondurub.