BolgeXeber.Com » Şou-Biznes » Tarkan Bakıda nə qədər qazanacaq?

Tarkan Bakıda nə qədər qazanacaq?

12-12-2011, 08:45
Oxunub: 5 911 Meqa-star Azərbaycandakı konsertinə görə 300 min manat alacaq

Türkiyənin ən məşhur müğənnilərindən biri olan Tarkan yeni ildə Bakıda konsert verəcək. 5 il aradan sonra yenidən Azərbaycana üz tutacaq müğənni yeni ilə zəngin girməyi düşünür. Bolgexeber.com bildirir ki, 10 min nəfərlik «Expo Center»dəki konsert biletləri artıq satışa çıxarılıb.

Nəhəng konsertin qüsursuz keçirilməsi üçün təşkilatçılar bütün imkanlardan yararlanmağa çalışırlar. İlkin məlumatlara görə, konsertin super keçməsi üçün Tarkan özü də bir sıra addımlar atır. Elə bu səbəbdən də 5 TİR dolu konsert avadanlığı artıq yola çıxmağa hazırlaşır.

Müğənninin əldə edəcəyi qazanc isə normal səviyyədən iki dəfə çoxdur. Adətən Türkiyədə verdiyi konsertlərində 300 min türk lirəsi alan Tarkan, Bakıda bu rəqəmi 600 min lirəyə çıxarıb. Bu isə 300 min manatdan bir qədər çoxdur.