BolgeXeber.Com » Siyasət » Lənkəranda Heydər Əliyev Muzeyini sökürlər

Lənkəranda Heydər Əliyev Muzeyini sökürlər

12-12-2011, 09:05
Oxunub: 5 480 Rayon icra başçısı muzeylə yanaşı, daha iki fontanı da sökdürür

Lənkəranın icra başçısı Tofiq İbrahimov rayondakı Heydər Əliyev Muzeyini sökmək qərarı verib. Bolgexeber.com-a verilən məlumata görə, icra başçısı onun yerində yenisini inşa etdirmək fikrindədir. Məlumatda deyilir ki, bir müddət əvvəl istifadəyə verilmiş muzeyin sökülməsinin dəqiq səbəbləri barədə heç nə deyilmir.

Mənbə bildirir ki, bir müddət əvvəl mərmər və qranitdən inşa edilmiş Heydər Əliyev Muzeyinin sökülməsi səbəbsiz deyil. Onun bildirdiyinə görə, büdcədən ayrılmış pulları mənimsəmək üçün atılmış bu addımla milyonlarla manat pul silinəcək. Mənbə qeyd edir ki, bu yaxınlarda inşa edilmiş bu dəbdəbəli binanın sökülüb, yerində yenisinin tikilməsinin başqa səbəbləri yoxdur.

Amma icra başçısının planı təkcə bununla bitmir. Məlumatda deyilir ki, Tofiq İbrahimov muzeyin qarşısındakı 2 fontanı da sökməyi qərarlaşdırıb. Mənbə bildirir ki, hər iki fontan bir zamanlar Lənkəranda analoqu olmayan kimi təqdim olunurdu və musiqili fontan kimi tanınırdı.