BolgeXeber.Com » Gündəm » Bakıda sotu 618 000 dollara torpaq satılır

Bakıda sotu 618 000 dollara torpaq satılır

14-12-2011, 11:35
Oxunub: 5 157 Noyabr ayında Bakının torpaq bazarında aktivlik azalıb, qiymətlər isə sabitləşib.

Bu barədə “MBA Ltd.” konsaltinq və qiymətləndirmə şirkəti öz araşdırmalarına əsasən məlumat yayıb. Şirkətin məlumatına görə, havaların soyuması, tikinti mövsümünün sona yaxınlaşması ilə əlaqədar olaraq noyabrda bağlanan əqdlərin sayında azalma baş verib. Həm köhnə tikililər üzrə söküntünün azalması, digər tərəfdən isə ehtimal olunan böhran iş adamlarını gözləmə mövqeyinə çəkilməyə vadar edib. Aktivliyin azalması şəhərin III və IV zonalarında baş verib, mərkəzə yaxın ərazilərdə isə aktivlik dəyişməyib. Bu ilin noyabr ayı ərzində Bakı şəhərinin torpaq bazarında orta qiymətlər nisbi stabilliyi ilə yadda qalıb. Belə ki, 1 sot torpağın orta qiyməti 0,92% azalaraq 20 085 dollar olub. Nəticədə, I zonada torpağın orta qiyməti 308,7 min dollar, II zonada 188,9 min dollar, III zonada 22,8 min dollar, IV zonada isə 5 min dollar təşkil edib.
Ay ərzində bazara təklif edilən ən bahalı torpaq sahəsi Nərimanov rayonunda, “Gənclik” metro stansiyası ətrafında (618 000 dollar/sot), ən ucuz torpaq sahəsi isə Xəzər rayonunda (388 dollar/sot) qeydə alınıb.