BolgeXeber.Com » Analitika » Ağsuda yarpaq tökümü başladı-sırada icra başçısıdır...

Ağsuda yarpaq tökümü başladı-sırada icra başçısıdır...

27-01-2015, 10:50
Oxunub: 6 850 Səlim Müslümovun adamları vurulur

Bolgexeber.com bıdirir ki, 26 yanvarda Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyində kollegiya iclası keçirilib.. 2014-cü il ərzində görülən işlərin, nazirliyin fəaliyyət sahələrində aparılan islahatların yekunlarına və qarşıda duran vəzifələrin müzakirələrindən başqa iclasda bir səra kadra dəyişikliyi də reallaşıb. Belə ki, Bolgexeber.com-un əldə etdiyi məlumata görə Ağsu rayon Əmək və Əhalinin Sosial Mudafiəsinin direktoru Əliyunis Mütəllimov işdə verdiyi çoxsaylı nöqsanlara və qanun pozuntularına görə işdən azad edilib Bildirilir ki, Əliyunis Mütəllimovdan vətəndaşlar tərəfindən çoxlu sayda şikayətlər edilirdi ki, bu da sonda onun Səlim Müslümovun qəzəbinə tuş gələrək vəzifəsindən çıxarılması ilə nəticələndi. Bolgexeber.com bildirir ki,BTV(Bolgexeber.TV) bir müddət əvvəl sizləri Ağsu rayon Əmək və Əhalinin Sosial Mudafiəsinin-in direktoru Əliyunis Mütəllimov və onun adamlarının, 2-ci qrup əlil Şənlik Hüseynovun sosial yardımının kəsilməsi və ölümlə hədələnərək təhqir edilməsi barədə məlumat vermişdik.
2 uşaq atası olan Şənlik HüseynovBTV-nin studiyasına gələrək şok edici məlumatların üstünü açmışdı. Sənlik Huseynov bildirmişdi ki, keçən il, Füzuli Ələkbərovun dövründə sosial yardım almaq üçün ondan 400 AZN istəyiblər, o isə buna imkanının olmadığını söylədiyi zaman kartından 4 aylıq sosial yardımı götürüblər. İndi maddi durumu həddindən aşağı olduğundan nəinki sosial yardım ala, heç şikayətinə baxan belə tapa bilmir.
"Hər dəfə şikayətimi bildirdikdə Səlim Müslümovun doğmaca dayısı olan Ənvər Seyidəliyev məni ölümlə hədələyir",-deyə rüşvət vermədiyinə görə sosial müdafiəsi mərkəzinin rayon söbəsindən aldığı müavinətin kəsilən 2-ci qrup əlil Şənlik Hüseynov bildirib.
Aldığımız məlumata görə bu Ağsuda baş verəcək son kadr dəyişikliyi deyil. Əksinə bildirlir ki,bu yapaq tökümünün yalnız bağlanğıcıdır. Ənvər Seyidəliyev də Səlim Müslümova Əliyunus Mütəllimovun hərəkətinə görə cavab verməli olub.
Ağsuda ailə-klan hakimiyyəti qurulduğu, bütün qohumların vəzifə başına gətirildiyi sirr deyil. Bunu təkcə biz yox, elə rayon camaatı da təsdiq edir. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısı Ənvər Seyidəliyevin Ağsunun icra başçısı olmasından sonra meydana çıxmış mənzərə -sosial problemlər, yerli məmurların özbaşınlıqlarından saysız-hesabsız şikayətlər mütəmadi olaraq mətbuatın gündəminə gəlir. Nazir Səlim Müslümova təqdimatında da icra başçısı Mütəllimovu yüksək səviyyədə xarakterizə edib və ona zamin dayanmışdı. Amma məlum məsələdən sonra nazir öz dayısından izahat tələb etməyə başlayıb. Çünki indiki məqamda yeni təyin olunduğu nazirliyin adını qaldırmaq istəyən Səlim Müslümov belə bir vəziyyətin öz rayonunda baş verməsinə görə, şübhəsiz, tənbeh olunacağının fərqindədir. Üstəlik, əgər, öz doğmaca rayonunda qayda-qanun yarada bilmirsə, ona yuxarıların da etimadı xeyli aşağı olacaq. Bu vaxtacan buna nail ola bilsə də artıq Səlim Müslümov öz dayısını qoruya bilmir və istəmir. Çünki bu , dediyimiz kimi ona böyük problemlər yarada bilər və özünün "karyerasına" son qoya bilər. Qeyd edək ki,Əliyunus Mütəllimov Ənvər Seyidəliyevin ən etibarlı adamlarından biri olmaqla yanaşı, həm də qohumudur. Bolgexeber.com-u məlumatlandıran mənbə bildirir ki, Səlim Müslümova başağrısına çevrilmiş dayısı- Ağsu rayon başcısı Ənvər Seyidəliyev də artıq Bakıya çağrılıb. Qeyd edək edək ki, Ənvər Seyidəliyev və onun ətrafında birləşən məmurlar rayonda at oynadırlar və yaxın zamanlarda onun görəvdən alınacağı gözlənilir.
Bolgexeber.com