BolgeXeber.Com » Siyasət » Prezidentin yubileyi yaxınlaşır

Prezidentin yubileyi yaxınlaşır

14-12-2011, 11:50
Oxunub: 5 110 İlham Əliyevin reklam gününün rəsmi səviyyədə Qeyd olunacağı barədə nə Prezident Administrasiyasında, nə YAP-da məlumat var

Dekabrın 24-də Prezident İlham Əliyevin 50 yaşı tamamlanır. Qeyd edək ki, bəzi siyasi partiyalar ölkə başçısını təbrik edəcəklərini deyiblər. Bəs ölkə başçısının yubileyi Dövlət səviyyəsində Qeyd olunacaqmı?

Bununla bağlı müraciət etdiyimiz prezidentin Mətbuat xidmətinin rəhbəri Azər Qasımov bildirib ki, hələlik onda bu barədə hər hansı bir informasiya yoxdur.
YAP-da hansısa tədbirlərin planlaşdırılıb-planlaşdırılmadığına gəldikdə, partiyanın Siyasi Şurasının üzvü Aydın Mirzəzadə dedi ki, bu barədə məlumatsızdır.
Hakimiyyətə yaxın partiyalar prezidentin yubileyi ilə bağlı nə planlaşdırır? Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Qeyd etdi ki, prezidentin yubileyi onlar üçün çox ciddi hadisədir: "Heç şübhəsiz ki, biz prezidenti təbrik edəcəyik. Prezidentin iş qrafiki imkan verərsə, özü ilə də şəxsən görüşüb təbrikimizi çatdıracağıq "./ musavat.com