BolgeXeber.Com » Siyasət » 109-da YAP-çı YAP-çıya qarşı

109-da YAP-çı YAP-çıya qarşı

5-10-2010, 04:30
Oxunub: 6 330

Artıq nazirliyin əməkdaşı , YAP-ın üzvü Məhəmməd Nooyevin namizədliyi qeydə alınıb

İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı, Yeni Azərbaycan Partiyasının üzvü, müstəqil namizəd Məhəmməd Nooyevin deputatlığa namizədliyi 109 saylı Balakən seçki dairəsində qeydə alınıb.
Bu barədə “Bolgexeber”-ə məlumatı namizədin Seçki Qərargahının rəhbəri Kamran Məhərrəmli verib. Məhərrəmli iddia edir ki, Nooyev öz namizədliyini Balakən ağsaqqallarının, ziyalılarının təkidli xahişindən sonra irəli sürüb. Yoxsa YAP-a qaşı heç bir zaman cıxmazdı.

Onu da bildirək ki, Nooyev həm də avar camaatını dövlət tədbirlərində təmsil edir və milliyətcə avardır.
Seçki Qərargahının rəhbəri onu da bildirdi ki, bu dairədə seçki çox gərgin keçəcək və əsas mübarizə Rəbiyyət xanım Aslanova ilə Məhəmməd Nooyev arasında olcaq.