Avtobus sürücüləri üsyana qalxdi
14-12-2011, 12:00
Oxunub: 5 425
Onlar əməkhaqqilarını tələb edirlər
Bu gün səhər saatlarında Abşeron rayonunun Xırdalan şəhər sakinlərinin Bakıya gəlməsində problem yaranıb. “APA-ECONOMICS”in xəbərinə görə, buna səbəb Xırdalan-Bakı (3-cü mkr. dairəsi) marşrutu ilə hərəkət edən 325 (135) saylı avtobusların sürücülərinin xəttə çıxmaqdan imtina etməsi olub.
Nəticədə yüzlərlə vətəndaş dayanacaqlarda uzun müddət avtobus gözləməyə və ya Bakıya taksi ilə gəlməyə məcbur olub.
Məsələ ilə bağlı “APA-ECONOMICS”ə açıqlama verən Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənov 325 (135) saylı avtobusların sürücülərinin xəttə çıxmaqdan imtina etməsi xəbərini təsdiqləyib. Onun sözlərinə görə, sürücülər əmək haqlarının gecikdirilməsinə etiraz əlaməti olaraq bu addıma əl atıblar: “Lakin məndə olan məlumata görə, onlar 3-4 gün əvvəl maaşlarını alıblar. Bu səbəbdən onların addımının səbəbi mənim özüm üçün də maraqlıdır”.
N.Həsənov 325 (135) saylı marşrutla hərəkət edən avtobusların başqa sürücülər tərəfindən xəttə çıxarıldığını və problemin artıq həll olunduğunu bildirib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər