BolgeXeber.Com » Şou-Biznes » Xalq artisti Qədir Rüstəmov vəfat etdi

Xalq artisti Qədir Rüstəmov vəfat etdi

14-12-2011, 21:10
Oxunub: 5 781 Sənətkarın oğlu Rüstəm Rüstəmov atasının ürəyinin bu gün dayandığını deyib.

Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Qədir Rüstəmov bu gün səhər saatlarında dünyasını dəyişib. Bu barədə saytımıza məlumat verən sənətkarın oğlu Rüstəm Rüstəmov atasının ürəyinin bu gün dayandığını deyib.

Hazırda Azərbaycanın İstanbuldakı baş Konsulluğunun nümayəndələri “Acıbadem” Xəstəxanasındadırlar.

Qədir Rüstəmovun cənazəsinin Bakıya gətirilməsi üzrə danışıqlar aparılır.

Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada xanəndə kimi yetişib.

Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşıb.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları - “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır.

Allah rəhmət eləsin!