BolgeXeber.Com » Media » Tanınmış jurnalist qətlə yetirildi

Tanınmış jurnalist qətlə yetirildi

16-12-2011, 12:30
Oxunub: 4 342 Dağıstanın Mahaçqala şəhərində “Söz azadlığı” media qurumunun sədri Hacımurad Kamalov qətlə yetirilib

Bolgexeber.com-un “İnterfaks”a isinadən xəbərinə görə, tanınmış jurnalistə ofisinin yaxınlığında naməlum şəxs atəş açıb. Güllə yarası ilə xəstəxanaya çatdırılan jurnalistin həyatını qurtarmaq mümkün olmayıb.

Hacımuradovun qətli yetirilməsi faktı ilə bağlı iki maddə üzrə cinayət işi açılıb. Hadisənin baş verdiyi ərazidən 14 avtomat patronu tapılıb. Hüquq mühafizə orqanlarının məlumatına görə, qətli törədən şəxs tək olub.

Qeyd edək ki, Hacımurad Kamalov eyni zamanda “Çernovik” qəzetinin təsisçisi, həmçinin baş redaktoru idi. Jurnalist hökumət əleyhinə kəskin yazıları ilə tanınırdı.