BolgeXeber.Com » Sosial » Çay evində faciə: ölən var

Çay evində faciə: ölən var

16-12-2011, 12:55
Oxunub: 5 442 Xəstəxanaya yerləşdirilmiş bir nəfərin isə vəziyyəti ağırdır.

Sumqayıt şəhərində yerləşən çay evində zəhərlənmə olub. Daxili İşlər Nazirliyindən Bolgexeber.com-a verilən məlumata görə, 47-ci məhəllədəki çay evində işləyən 29 yaşlı Samir Nəsirov və müştərisi Ramin Hacıyev zəhərləniblər.

S.Nəsirov xəstəxanada ölüb, Ramin Hacıyevin vəziyyəti ağırdır.

Sumqayıt şəhər Polis İdarəsindən Bolgexeber.com-a bildirildi ki, hər iki şəxs çay evində generatorun buxarından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.