BolgeXeber.Com » Sosial » Mühafizəçinin əlini bağlayıb şirkəti taladılar

Mühafizəçinin əlini bağlayıb şirkəti taladılar

16-12-2011, 13:00
Oxunub: 5 622 Naməlum şəxslər şirkətin mühafizəçisinin əl-qolunu bağlayaraq külli miqdarda pul aparıblar.

Bakının Xətai rayonunda şirkətə basqın edilib. Rayon Polis İdarəsindən Bolgexeber.com-a verilən məlumata görə, naməlum şəxslər "Connect" şirkətinin Xudu Məmmədov küçəsindəki ofisinə soxularaq külli miqdarda pul aparıblar.

İlkin məlumata görə, 3 naməlum şəxs şirkətin mühafizəçisi Rufiz Axundzadənin əl-qolunu bağlayaraq ofisdən 15 000 manat aparıb.

Zərərçəkmiş basqın edən şəxslərin üzlərinin açıq olduğunu deyib. Hazırda həmin şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başlanıb.