BolgeXeber.Com » Şou-Biznes » Nadir Cavanşirə “qoca gey” dedi, 10 min manat ödədi

Nadir Cavanşirə “qoca gey” dedi, 10 min manat ödədi

6-02-2015, 17:15
Oxunub: 4 476 “70 yaşındadır, nəvəsi var, utanmır”

Müğənni Nadir Qafarzadə telekanalların birində həmkarı, əməkdar artist Cavanşir Məmmədov barədə dediyi “qoca gey” ifadəsinə görə, 10 min manat cərimə ödəyib. Bolgexeber.com xəbər verir ki, bu barədə lent.az-a açıqlamasında N.Qafarzadə özü məlumat verib.
Müğənni bildirib ki, o, bu gündən etibarən C.Məmmədovu danışdırmayacaq:
“Bu gün Nəsimi rayon məhkəməsinin qərarına əsasən Cavanşir Məmmədova 10 min manat ödəyəsi oldum. Amma telekanalların birində, o, mənimlə barışdığını söyləmişdi. Demək bu barışıq şou xatirinə imiş? Onun barəsində dediyim “qoca gey” sözünə görə 10 min ödədim. Heyfsilənmirəm.
Elə bilərəm ki, bir toyu pulsuz oxumuşam. Heç bir problem yoxdur. Amma bundan sonra mən həmin həmkarımla dost ola bilmərəm. Heç barışığımız da mümkün deyil.
Eşitdim ki, Cavanşir Məmmədov mənim ödədiyim 10 min manatla kimsəsizlər evinə yardım edəcək. Amma insan bir yaxşılığı edirsə, gərək öz pulu ilə edə ki, savab qazana. O savab isə mənim adıma yazılacaq. Bu 10 mini Cavanşirə halal etmirəm”.
C.Məmmədov isə açıqlamasında deyib ki, məhkəmə N.Qafarzadəyə 10 min manat yox, daha çox cərimə kəsməli idi:
“Bu məsələ neçə il bundan qabaq olub. İndi bu barədə danışmağın yeri yoxdur. Şəxsiyyətimi təhqir etdi, cəriməsini də ödədi. Hələ 10 min manat azdır. Daha çox cərimə ödəməli idi. Eşitdim ki, 10 min manata görə məndən inciyib. Demək, pula görə məndən küsür? Heç o pul mənə lazım da deyil. İndi 10 min manatın hara xərclənəcəyini vəkilim yaxşı bilir”.
Xatırladaq ki, C.Məmmədovla N.Qafarzadə arasında olan qalmaqal 2013-cü il oktyabrın 26-da ANS-in canlı efirində “Rövşanə ilə bazar səhəri” verilişində olmuşdu. N.Qafarzadə həmkarı barədə bu sözləri demişdi:
“Cavanşirə də ayıb olsun. Bu günə kimi onsuz da xalqın gözündə yox idi. Bundan sonra mənim də, xalqın da gözündən düşdü. Cavanşir gedib özündən danışsın, üzünə vurdurduğu botoksa baxsın. 70 yaşındadır, nəvəsi var, utanmır üzünə, saçına nələr edib. Cavanşir qoca geylərə oxşayır”.