BolgeXeber.Com » Siyasət » Tural Abbaslı Müsavat başqanlığına namizəd verdi

Tural Abbaslı Müsavat başqanlığına namizəd verdi

16-12-2011, 18:25
Oxunub: 4 841 Dekabrın 16-da 2 aprel məhbuslarından Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı və təşkilatın şöbə müdiri Məhəmməd Məcidlinin işi üzrə məhkəmə prosesi davam edib.

Bolgexeber.com-un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə məhkumlar son söz deyiblər. Onların hər biri təqsirsiz olduğunu, siyasi sifarişlə həbs edildiyini vurğulayıb.

Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli deyib ki, prosesdə çıxış edən Tural Abbaslı Müsavat Partiyasının yaxınlarda qurultay keçirəcəyini xatırladaraq partiya üzvlərinə çağırış edib. O, müsavatçıları partiya başqanı postuna Arif Hacılını seçməyə çağırıb.