BolgeXeber.Com » Bölgə » İcra başçılarından seçkilərə müdaxilə

İcra başçılarından seçkilərə müdaxilə

6-10-2010, 15:25
Oxunub: 5 452

Onlar yerli icra nümayəndələri və bələdiyyə sədrlərindən YAP-ın namizədlərinə səs yığmalarını tələb edirlər

Parlament seçkiləri yaxınlaşdıqca hakimiyyətin də üzünün yeni tərəfləri üzə çıxmağa başlayır. Artıq icra başçıları prosesin əvvəlindəki susqunluğu pozaraq, hərəkətə keçməyə başlayıb. Bir sıra rayonlarda isə seçki prosesinə müdaxilə açıq şəkil alıb.

“Bolgexeber.com”-a verilən məlumatlarda deyilir ki, həmin müdaxilə total şəkil almağa başlayıb. Əhatə dairəsi isə yerli icra nümayəndələri və bələdiyyə sədrlərini əhatə etməkdədir. Bildirilir ki, bir sıra rayonların rəhbərləri icra nümayəndələri və bələdiyyə sədrlərini bir araya gətirərək, onlardan kəndlərdəki YAP-çıların başqasına yardımçı olmasına imkan verməməyi tələb edir. Hətta seçkilərdə YAP-çının daha çox səs yığmasına imkanların yaradılmasını istəyir. Əgər bu baş verməyəcəksə, o zaman onlardan istefa ərizələrini yazaraq çıxıb getmələri şərti qoyulur.
Yaxın günlərdə hansı rayonun rəhbərinin seçkilərə aktiv müdaxilə etdiyi və hansı namizədlərə qarşı kampaniyanın aparılmasının lazım gəldiyi barədə təlimat verməsi haqda geniş bilgi verəcəyik.