BolgeXeber.Com » Şou-Biznes » Elza Seyidcahandan daha bir "şedevr": “...soxa-soxdur, sizə yoxdur?” - VİDEO

Elza Seyidcahandan daha bir "şedevr": “...soxa-soxdur, sizə yoxdur?” - VİDEO

20-02-2015, 16:56
Oxunub: 6 137 Elza Seyidcahandan daha bir "şedevr": “...soxa-soxdur, sizə yoxdur?” - VİDEOElza Seyidcahan yeni yazdığı şeirini simsar.az-ın kamerasına söylədi

Həmin şeiri təqdim edirik:

Psixasof – Ruhun hikməti

Şairlər var, şeirləri oxunmur,

Yazanlar var, bir sözləri toxunur.

Şairlər var, "şairləri" toxuyur,

Yazanlar var, bir sözü ilə toxunur.

Şairlər var, min söz ilə soxulur.

Şairlər var, min söz ilə toxunmur.

Psixotropdur, soxa-soxdur, sizə yoxdur?

Sedakaprondur, şeirim fondur,

Amma çoxdur, pis gözlərə oxdur

Polifonikdir, sizinki mikdir,


Yazan var ki, pis gözlərə dikdir.


İnciməyin, yazan var ki, yazanları pozdurur, şair olur,

Şair gərək vətənindən, torpağından ilham alsın, şair olsun.

Şair odur, bir könüldən min könülə

vurulmaq üçün

Şair olsun, zahir olsun, zahid olsun, aşiq olsun, şair olsun


O olmasın, bu olsun,

Yox, olmasın, olmasın,

Yox, yazmasın, yazmasın,

Qoy yazsın da, qoy yandırsın, yaxılsın da

Hormonikdir, 32-likdir, sizdə bəlkə 100 illikdir?

Əsrlərin şairləri olan yerdə, biz kimik ki?!


Şairlər var, şeirləri oxunmur

Şairlər var, şeirləri oxunmur,

Yazanlar var, bir sözləri toxunur

Şairlər var, şairləri toxuyur,

Yazanlar var, bir sözü ilə toxunur

Şairlər var, min söz ilə toxunmur, qovrulur.
Bolgexeber.com