BolgeXeber.Com » İqtisadiyyat » Dollar satışı dayandırıldı: Bütün nəzərlər bu günkü müşavirəyə kilidlənib

Dollar satışı dayandırıldı: Bütün nəzərlər bu günkü müşavirəyə kilidlənib

23-02-2015, 11:50
Oxunub: 6 416 Dollar satışı dayandırıldı: Bütün nəzərlər bu günkü müşavirəyə kilidlənibABŞ pulunun manata nisbətində dəyişiklik ediləcəyi gözlənilir, qiymət 85 qəpiyə endirilə bilər

Bu gün axşam saatlarından etibarən banklar valyutadəyişmə məntəqələrinə dollar və avro alqı-satqısını dayandırmaları barədə qəti tapşırıb verib. Bu barədə Jam.az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Mənbənin bildirdiyinə görə, bu tapşırıqdan sonra alqı-satqı əməliyyatları dayandırılıb. Səbəb kimi isə fevralın 23-də prezidentin iştirakı ilə müşavirənin keçiriləcəyi və orada manatın məzənnəsinə ciddi dəyişiklik ediləcəyi göstərilib. Valyutadəyişmə məntəqələrinə gələn xəbərdarlıqda o da vurğulanıb ki, sabahdan etibarən manatın dollar qarşısında məzənnəsi ən pis halda 85 qəpik təşkil edəcək. Qiymətin hətta bundan aşağı ola biləcəyi də istisna edilmir.

Bakının bir çox valyutadəyişmə məntəqələrində axşam saatlarında dollar alışı 79 qəpikdən həyata keçirilib. Satış isə 80-82 qəpik arasında dəyişib.

Xatırladaq ki, Milli Bank fevralın 21-dən etibarən manatın məzənnəsini 35 faizə yaxın aşağı salıb. Bundan sonra 1 dollar 1,05 manat, avro isə 1,19 manat təşkil edib.
BOLGEXEBER.COM