BolgeXeber.Com » Gündəm » Gəncədə məhbusu ölüm həddinə çatdırıblar-ŞİKAYƏT

Gəncədə məhbusu ölüm həddinə çatdırıblar-ŞİKAYƏT

23-02-2015, 17:56
Oxunub: 3 426 Gəncədə məhbusu ölüm həddinə çatdırıblar-ŞİKAYƏT"Hər görüş üçün qiymət 15-20 manat, ərzaqların görüşdən kənar keçirilməsi 10 manat, şəraiti yaxşı olan kamera 500 manat, tibb bölməsinə yerləşdirilmə 300 manat ... toplanır"

Gəncə şəhərində yerləşən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan məhkum Kərimov Nazir Nadir oğlu hüquq müdafiəçisi Taleh Xasməmmədova müraciət edərək qanunsuz həbsindən, ölüm həddinə çatdırılmasından və saxlanma şəraitinin dözülməz olmasından şikayətlənib. Həmçinin məhkum Nazir Kərimov 23 fevral 2015-ci il tarixdə özünü öldürəcəyini bəyan edib. Hüquq müdafiəçisi məhkumun sözlərinə istinad bildirir ki, 1970-ci il tarixdə Gəncə şəhərində doğulmuş, 4-cü dəfə məhkumluq həyatı yaşayan Kərimov Nazir Nadir oğlunun son 3 həbsi onun şərlənməsi ilə olmuş və bu səbəbdən o, son həbsinə etiraz olaraq 4 gün əvvəl Gəncə Apellyasiya məhkəməsində məhkəmə istintaqının ədalətli aparılmamasına etiraz olaraq ülgüclə qolunun iki damarını kəsib. Məhkəmədə işə sədrlik edən hakim Fikrət Əliyev məhkumun apellyasiya şikayəti ilə bağlı qərarı elan edə bilməyib. Məhkumun vəziyyəti ağır olduğundan dərhal onu Gəncə Mərkəzi Tibbi Xəstəxanasına yerləşdirib ona ilkin tibbi yardım göstəriblər.

Taleh Xasməmmədov Bolgexeber.com-a bildirib ki, Nadir Kərimov müraciətində qeyd edir ki, ilk dəfə 1993-cü ildə Rusiya Federasiyasında adam öldürdüyümə görə 12 il müddətinə azadlıqdan məhrum olunmuşam. Cəzamın 9 ilini çəkdikdən sonra 2002-ci ildə azadlığa buraxılmışam. 2008-ci ilin 10 may tarixində mənə yaxın adamın cibindən narkotik vasitə çıxdı və həmin vaxt məni də şərləyərək həbs etdilər ki, guya sən də narkomansan. Məni məhkəmə hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edildim. 2011-ci ildə Gəncə BPİ-nin MCMS-nin rəisi Qurbanov Rasim Qurban oğlu polisl əməkdaşları ilə məni 7 yaşlı bacım oğlu ilə birlikdə yeməkxanada nahar edərkən 7 yaşlı bacım oğlunu da, həmçinin 4 maşın başqa şəxsləri polis idarəsinə apardılar. Orada R. Qurbanov öz seyfindən narkotik vasitə çıxararaq qarşıma qoydu və dedi ki, “475 qaram narkotik vasitə sənindir”. Beləcə mən ikinci dəfə şərlənərək həbs olundum. 2012-ci ildə həbsimə etiraz olaraq Nizami rayon məhkəməsində qanunsuzluğa etiraz olaraq sol qolumun damarlarını kəsdim, çoxlu qan itirdim, yenə də haqqımı bərpa edə bilmədim. 03 fevral 2014-cü il tarixdə yaxın tanışım Şakirin evində qonaq olarkən Gəncə Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Bölməsinin rəisi Qurbanov Rasim Qurban oğlu öz dəstəsi ilə evə girərək bizi döyməyə başladılar. Evdə formal axtarış apararaq 12 kq narkotik vasitə tapdıqlarını bizə bildirdilər. Baş verən qanunsuzluqlara etirazımızı bildirəndə ev sahibi Eltəkinə bildirdilər ki, sən Şakir və Nazirin üzünə durmasan oğlun Yadigarı da həbs edib aparacağıq. Beləcə, Rasim Qurbanov bizi zorla Baş Polis İdarəsinə gətirərək həbsə aldırdı. Sonra barəmizdə olan cinayət işinin araşdırılmasını müstəndtiq Sabir Tağızadəyə həvale etdi. Şübhəli şəxs qismində tutulduqda protokola qeyd edildi ki, ilk olaraq Eltəkin, 2 saat sonra Şakir, daha sonra isə mən həbs olunmuşam. Hansl ki, R. Qurbanov 12 kq narkotik psixotrop maddəni qərəzli şəkildə özü ilə gətirərək Şakirin evində bizim üstümüzə atmış oldu. Beləliklə qanunsuz olaraq barəmizdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3 maddələri ilə saxta ittiham verildi. Nəticədə mən Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum olunmuşam. Hazırda barəmdə olan cinayət işinə Gəncə Apellyasiya Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baxılır. Məhkəmə istintaqı zamanı şahidlərin yalan ifadə verdikləri, mənim cinayətdə əlim olmadığı müəyyən olunsa da məhkəmə kollegiyası mənə hansısa yüngül cəza verilməsini , birinci instansiya məhkəməsinin hökmünün qismən dəyişdirlməsini düşünür. Hansı ki, mən tam olaraq günahsızam. Rasim Qurbanovun qərəzi ilə həbsə alındığım heç kimə sirr deyil. Onun əvəzinə mənim cəza almağım haqq-ədalətin ayaq altda tapdanması kimi bir şeydir. 19 fevral 2015-ci il tarixdə mən Gəncə Apellyasiya Məhkəməsində qolumun damarlarını kəsdim, amma ölmədim. Bir daha qeyd edirəm ki, artıq istintaq aparan orqanlar öz qanunsuzluqları ilə məni ölüm həddinə çatdırıblar və mən qərarımı dəyişməyəcəyəm.

Hüquq müdafiəçisi T. Xasməmmədov aldığı məktubun bir hissəsi əsasında qeyd edir ki, saxlanma şəraiti heç bir məhkumun, nə də ki, onların qohumılarının maddi imkanları Gəncə İstintaq Təcridxanasında bazar açmış rəis Şakir Bayramovun məzənnələrinə uyğun gəlmir. Hər görüş üçün qiymət 15-20 manat, ərzaqların görüşdən kənar keçirilməsi 10 manat, şəraiti yaxşı olan kamera 500 manat, tibb bölməsinə yerləşdirilmə 300 manat, soyuducudan istifadə hər ay üçün 50 manat, hamam 1 manat, telefon danışığı dəqiqəsi 1 manat və s. pul toplanır. Yeməklərə gəldikdə isə əti olmayan buğda soyutması və sudan seçilməyən sup yeməkləri verilir. Daxildə baş verən xoşagəlməz hallara narazılıq edən dustaqların aqibəti isə zirzəmiyə salınaraq əllərindən asılıb vəhşicəsinə döyülmək olur. Bir sözlə İT-nin rəisi Şakir Bayramov saxlanılan məhbuslara misli görünməmiş işgəncələr verməkdə davam edir. Bu səbəbdən saxlanma şəraitindən narazı məhbuslar Ombudsman və hüquq müdafiə təşkilatlarının nümayəndələrini təcridxanada monitorinq keçirməyə dəvət edirlər.
Bolgexeber.com