BolgeXeber.Com » Sosial » Bakıda kirayənişin damarlarını doğradı

Bakıda kirayənişin damarlarını doğradı

21-12-2011, 10:25
Oxunub: 5 771 Hüquq-mühafizə orqanlarının əməkdaşları mərhumu qan içərisində aşkarlayıblar.

Bakı şəhərində kirayənişin damarlarını doğrayıb. Dəhşətli intihar hadisəsi Bakının Yasamal rayonunda baş verib. Rayon Prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, Abdulla Şaiq küçəsində yerləşən evdə kirayə yaşayan 51 yaşlı Ağaibrahim Məmmədov sol qolunun damarlarını doğrayıb. O, kəskin qanitirmədən dünyasını dəyişib.

Hadisə barədə Yasamal rayon Polis İdarəsinə dekabrın 20-də saat 14:00 radələrində məlumat daxil olub. Mərhumun yaşadığı evə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onu qan içərisində aşkarlayıblar.

A.Məmmədovun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.