BolgeXeber.Com » Dünya » Niaqara bir əsr sonra ilk dəfə bu cür dondu - Rekord

Niaqara bir əsr sonra ilk dəfə bu cür dondu - Rekord

24-02-2015, 10:17
Oxunub: 3 010 Niaqara bir əsr sonra ilk dəfə bu cür dondu - Rekord Kanadada havanın temperaturunun mənfi 40 dərəcəyə düşməsi üzündən Niaqara şəlalələrinin böyük hissəsi buz bağlayıb

Axar.az xəbər verir ki, Niaqara şəlalələrində buzun qalınlığı 1912-ci ildən bəri ilk dəfədir ki, 3 metrdən çoxdur. Dünya möcüzələri arasında göstərilən və hər il milyonlarla turistin ziyarət etdiyi şəlalələrin buzlanması “təbiət möcüzəsi” görüntüsü yaradıb. Qalınlığı 2 metrə yaxınlaşan buzun altında Niaqara çayının yatağından da buz parçaları süzülür. ABŞ və Kanada tərəfindən minlərlə turist günlərdir axın etdiyi şəlalələrdən foto və video çəkir. Rekord səviyyədə donmanın yaşandığı şəlalələr havadan da çəkilərək tarixi görüntülər lentə alınır. Qeyd edək ki, bununla yanaşı, Şimali Amerika qitəsinin “Böyük göllər” olaraq tanınan Ontario, Miçiqan, Eri, Superior və Huron gölləri də belə donub.
BOLGEXEBER.COM