BolgeXeber.Com » Xəbərlər » Mingəçevir Turizm Kollecində korrupsiya

Mingəçevir Turizm Kollecində korrupsiya

24-02-2015, 15:58
Oxunub: 6 125 Mingəçevir Turizm Kollecində korrupsiyaƏyyub Əyyubovun rüşvət mexanizmi mərkəzləşdirilmiş qaydada aparılır...

Dövlətimiz rüşvət adlı bəlanı var qüvvə ilə qamçılamaqdadır. İl başlayandan gündəmə gələn antikorrupsiya tədbirləri bir çox korrupsiyaya qurşanmış məmurların əllərini boşa çıxardıb. İndi intizarla köks ötürməkdən savayı əllərindən bir şey gəlməyən bəzi məmurlar bu tədbirlə və qaydada davam edərsə, 5 ilin içində bütün dünyanın diqqəti Azərbaycanda olacaqdır. Sənaye, səhiyyə, rabitə, təhsil və başqa sahələrdə güclü inkişaflar qeydə alınacaq, mal dövriyyəsi artacaq, ölkəmiz sürətlə dünyaya inteqrasiya edəcəkdir. Analoji olaraq gələn turistlərin sayı çoxalacaq, qonaqlar öz ölkələrində buradan məmnunluqla bəhs edəcəklər. Turist demişkən, yadıma Mədəniyyət və Turizm Nazirliyinin Mingəçevir Turizm Kolleci düşdü. Yarandığı gündən bu təhsil müəssisəsinə rəhbərliyi İqtisad elmləri doktoru, professor Əyyub Əyyubov edir. Mingəçevir Turizm Kollecində səkkiz ixtisas üzrə 1800 tələbə təhsil alır və onların tədrisi ilə 160 nəfərə yaxın professor-müəllim heyəti məşğul olur. Dosye: Kollecin direktoru Əyyub Əyyubov, 1956-cı ildə, hal-hazırda işğal altında olan Ağdam rayonunun İlxıcı kəndində anadan olub. O, eyni zamanda Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının 38 saylı ərazi təşkilatının sədridir. 2003-cü il aprel ayının 13-də Nazirlər Kabinetinin qərarı ilə Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin Mingəçevir şöbəsi yaradıldı və şöbənin müdiri vəzifəsinə Əyyub Əyyubov təyin edildi. 2006-cı ilə qədər şöbənin fəaliyyəti davam etdirilmiş, 2006-cı ildə "Bakı Bədən Tərbiyəsi və Turizm Kolleci Nazirlər Kabinetinin qərarı ilə fəaliyyətini dayandıraraq ləğv edildi və müstəqil Mingəçevir Turizm Kolleci yardıldı. Turizm sektoru, Azərbaycanın ən potensial iqtisadi sahəsi olsa da, ölkəmizdə kadr resurslarının azlığı, turizm infrasturukturunun zəifliyi və korrupsiya bu sektordan istənilən nəticəni əldə etməyə imkan vermirdi. Artıq korrupsiya sürətlə "yığışdırılır" və sahibkarlar bu sahəyə diqqətlərini artıracaqlar. Aydın məsələdir ki, belə şərtlərlə bu sahəyə xarici investisiyalar da artmalı və infrasturuktur da tezliklə yaradılacaqdır. Bəs kadr hazırlığı işləri hansı səviyyədə aparılır? Bu çox müəmmalı məsələdir. Çox təəccüblü haldır ki, bütün sahələrdə korrupsiya "buxarlandığı" halda, təhsil işlərində canımızı bu "zəlidən" qurtara bilmirik. Diqqət yetirirsinizsə, təhsil istisna olmaqla bütün təşkilatlarda rüşvətxorluq əhəmiyyətli dərəcədə azalıb. Yəni, bizi həyata istiqamətləndirmiş müəllimlər "iliklərinə qədər" pozulublarmı?
Mingəçevir Turizm Kollecində korrupsiya elə bir "yuva" salıb ki, onu heç "buldozerlə" uçurmaq mümkün deyil. Əyyub Əyyubovun korrupsiya mexanizmi, mərkəzləşdirilmiş qaydada işləyir. O, bu təhsil müəssisəsini "ailə şirkətinə" çevirib.

Xanım Məmmədova 1955-ci ildə Ağdam rayonunun İlxıçı kəndində anadan olub. O, Əyyub müəllimin həyat yoldaşıdır və Mingəçevir Turizm Kollecində "Dillər" fənn birliyinin sədri işləyir. Buradakı karyerasına, həyat yoldaşı ilə birlikdə 2003-cü ildən başlayıb. Əyyub Əyyubov kollecdə islahatlar adı altında, rüşvətin mərkəzləşdirilmiş qaydada toplanması mexanizmini qurub və bu işi Xanım Məmmədovaya tapşırıb. Daha aydın ifadə etsək, kollecdə test komissiyası yaradılıb və imtahanlar test üsulu ilə götürülür. Bu üsulla Əyyub müəllimin məqsədi heçdə imtahanları stimullaşdırmaq deyil, ayrı-ayrı müəllimləri imtahan işindən kənarlaşdırmaqdır. Tədris olunan fənlərin sayını artırmaqla, imtahan suallarını getdikcə çətinləşdirərək və kəsilən tələbələrdən daha çox pul qoparılır. Test komissiyasına rəhbərliyi isə Xanım Məmmədova edir. O, hər imtahan üçün 50 manat "taarif" müəyyən edib. Hər şeydə təzahür edən zövq təzəliyi və zənginliyi turizmin əsasını təşkil edir. İnsanlar öz mənfi enerjilərini təbiətə qaytarmaq, həyata olan maraqlarını artırmaq üçün turizmə müraciət edirlər. Bəzən bir turist səfərinə çıxmaq , məsələn Tailanda səfər etmək üçün 11 ay işləməli olursan. Belə şeyləri düşündükcə, turizmin, insanın əsas həyat meyarlarından biri olmasının fərqinə varırısan. Ancaq təəssüf ki, Turizm Kollecinin tələbələri, gələcəkdə turizm sektorunu quracaq kadrlar, hələ kollecdə tələbəykən Əyyub Əyyubov tərəfindən "mənfi enerji" ilə yüklənirlər. Korrupsiyaya uğramış təhsil, korrupsioner "istehsal edəcəkdir".