Hüquq müdafiəçisi Taleh Xasməmmədov saxlandı
24-02-2015, 16:31
Oxunub: 6 496
Hüquq müdafiəçisi, sabiq vicdan məhbusu Taleh Xasməmmədov bu gün səhər saatlarında həbs olunub
Bu barədə arqument.az-a T.Xasməmmədovun anası Gülbuta Xasməmmədova məlumat verib.
O bildirib ki, oğlu ilə səhər saatlarında Göyçay bazarının yaxınlığındakı mebel salonuna daxil olarkən bir nəfər onlara yaxınlaşıb və Talehin üzünə tüpürüb: "Taleh ondan niyə belə etdiyi soruşanda yerə yıxılaraq qışqırmağa başlayıb və özünü huşsuzluğa vurub. Yaxındakı polislər Talehi həbs ediblər... ".
Bu arada Daxili İşlər Nazirliyi (DİN) hüquq müdafiəçisi Taleh Xasməmmədovun saxlanılması ilə bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov qeyd edib ki, Göyçay rayon sakini Taleh Xasməmmədov törətdiyi konkret qanunazidd hərəkətinə görə polis tərəfindən saxlanılıb: “Bu gün saat 13.50 radələrində ərazidə xidmət aparan polis əməkdaşları bir nəfərin başqa birisini yerə yıxaraq döydüyünü görüblər. Polislər dərhal ora yaxınlaşaraq hadisəyə müdaxilə edib. Məlum olub ki, Taleh Xasməmmədov idarə etdiyi nəqliyyat vasitəsini düzgün park etmədiyi üçün Zahir adlı şəxs ona irad bildirib. Bu zəmində onlar arasında mübahisə düşüb və Taleh Xasməmmədov Zahirə müxtəlif bədən xəsarətləri yetirib. Onlar hər ikisi saxlanılıblar. Zərərçəkən Zahirin ərizəsi əsasında Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalara başlanıb və məsələyə hüquqi qiymət veriləcək”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə