Ucuzlaşan manata şeir qoşuldu-"Devalvasiya"
25-02-2015, 09:59
Oxunub: 6 206
Manatın ucuzlaşmasına müxtəlif formalarda münasibət bildirilir
Ramiz Qusarçaylının "Devalvasiya" adlı şeiri sosial şəbəkələrdə paylaşılıb. Şeiri təqdim edirik:
Rubl kopeek, lira kuruş gətirdi,
Manat cəmi qırx gün duruş gətirdi,
Şahqulu bəy yenə bayquş gətirdi
Milli bankın bağrı deşmə-deşmədi,
Qoyun ili hər qoyuna düşmədi...
Bu bazarda tərəzi nə, mizan nə,-
Pul yiyəsi, pulsuzlarla məzən nə?!
Məzən olsun ay baməzə məzənnə
Dollara bax, bığı eşmə-eşmədi
Qoyun ili hər qoyuna düşmədi...
Valyutanın həmləsinə bankı mat,
Təmtərağı, top-tüfəngi, tankı mat,
Baxıb bic-bic hırıldayır bankomat
Bu islahat göy qazanda bişmədi
Qoyun ili hər qoyuna düşmədi...
Noolsun ki, hər bankda bir qoçu var,
Bu millətin nə günahı, nə suçu var,
Hər keçiddə köç azdıran keçi var,
Bu tələdən kimlər gəlib keçmədi
Qoyun ili hər qoyuna düşmədi...
Ölü doğur qan içində Asiya,
Ölü puldan nələr çəkir Rusiya,
Hələ ad da qoyub: Devalvasiya...
Kim bankirin toyuğuna kiş dedi?!
Qoyun ili hər qoyuna düşmədi...
(Bir qoyunun banka məktubundan)
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər