BolgeXeber.Com » İdman » Messi boş qapıya qol vura bilmədi (VİDEO)

Messi boş qapıya qol vura bilmədi (VİDEO)

25-02-2015, 17:26
Oxunub: 6 993 Messi boş qapıya qol vura bilmədi (VİDEO)“Barselona” qalib gəlsə də argentinalı futbolçu zəif çıxış edib

Ötən gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçlar keçirilib.

Səfərdə İngiltərə çempionu “Mançester Siti” ilə qarşılaşan “Barselona” rəqibini 2:1 hesabı ilə məğlub edib. “Barselona”nın qollarını uruqvaylı legioner Luis Suares vurub.

Kataloniya təmsilçisinin əfsanəsi Lionel Messi isə özünə yaraşmayan zəif oyun göstərib. Oyunboyu gözədəyməyən futbolçu hətta bir epizodda penaltini qola çevirə bilməyib. Qolkiper Co Hartın geri qaytardığı topu boş qapıdan keçirə bilməyən futbolçu azarkeşləri heyrətləndirib.