BolgeXeber.Com » Gündəm » «Azərsu» nun göyə sovurduğu milyonlar-VİDEO

«Azərsu» nun göyə sovurduğu milyonlar-VİDEO

25-02-2015, 17:33
Oxunub: 4 161 «Azərsu» nun göyə sovurduğu milyonlar-VİDEOXXI əsrdə yaşamağımıza baxmayaraq Bakının kanalizasiya və su sistemi hələ də bərbad gündədir

2005-ci ildən bu günədək su və kanalizasiya sisteminin qurulmasına büdcədən 2 milyard manatdan çox vəsait ayrılsa da, vəziyyət düzəlmək əvəzinə ildən-ilə daha da ağırlaşır. Paytaxtda ən çox rastlaşdığımız mənzərə yağış yağan kimi küçələrdə gölməçələrın yaranmasıdır. Bu da kanalizasiya sisteminin bərbad vəziyyətindən xəbər verir. Dövlət büdcəsindən ayrılan pullar problemin həllinə sərf edilsəydi Sabunçu rayonu , 3cu Alatava, Papanin adlanan ərazi və adını çəkmədiyimiz bir çox yerlər bərbad vəziyyətdə olmazdı .
BOLGEXEBER.COM bildirir ki,bütün bunlar «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynovun dövlət büdcəsindən ayrılan pulları göyə sovrumasının göstəricisidir. Araşdırmalar zamanı o da aydın olur ki , «Azərsu»da həyata keçirilən iri layihələrin hamısı qohumlar arasında bölüşdürülüb. Bu sırada əsasən üç şəxsin adı çəkilir. Onlardan biri, Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəlidir. Digəri qardaşı Məhəmməd, üçüncüsü isə qaynı Namiqdir.
Bütün bunlara aydınlıq gətrimək məqsədilə «Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlamağa çalışsaq da telefonlarımıza cavab verən olmadı. BTV olaraq məsələni diqqətdə saxlayacaq və araşdırmamızı davam etdirəcəyik.
BOLGEXEBER.COM