Astroloji proqnoz – 26 fevral
26-02-2015, 09:29
Oxunub: 3 127
QOÇ – Səhhətinizlə bağlı diqqətli olmağınız vacibdir. İqlimin dəyişkənliyi, ətrafınızda olan insanları qəbul etməməyiniz sinir siteminizdə mənfi fəsadlar yarada bilər. İstirahətə fikir verin.
BUĞA – Qərarlarınızda qəti olsanız, heç bir narahatçılıqla üzləşməyəcəksiniz. Bu gün darıxdığınız adamların bir çoxu ilə görüşəcəksiniz. Axşama yaxın təzə hadisələrin şahidi olacaqsınız.
ƏKİZLƏR – Ay bürcünüzdə yerləşdiyi üçün səhhətinizdə problemlər ola bilər. Əsəbinizi cilovlayın, gün ərzində kiməsə yamanlıq etməyin. Nahar saatlarında yaxşı xəbər eşidəcəksiniz. Səfərə çıxmaq da olmaz.
XƏRÇƏNG – Çağırılmamış ünvanlara qonaq getməyin. Əks təqdirdə məyusluqla qarşılaşacaqsınız. İxtiyarınızda olan bu gündə qonum-qonşuların dedi-qodusundan yayınmağa çalışın. Tədbirli olun.
ŞİR – İndiki məqamda xilas yolunuz yalnız dost və müttəfiqlərinizdən asılıdır. Çünki əsaslı dönüş etmək üçün fiziki və psixoloji cəhətdən o qədər də hazır deyilsiniz. Sağlamlığınıza fikir verin.
QIZ – Ulduzlar nahara qədər istirahət etməyinizi məsləhət görür. Əgər ciddi işlərə girişsəniz, uğurlu nəticə hasil olmayacaq. Günün ikinci yarısında isə maraqlı hadisələr gözlənilir.
TƏRƏZİ – Faciə gününə təsadüf etsə də, müəyyən insanlarla görüşüb mövcud problemlərinizin həllinə çalışa bilərsiniz. Çünki bugünkü söhbətlərin əhəmiyyəti böyükdür. İmkan tapıb qonaq gedin.
ƏQRƏB – Bütün danışıq və sövdələşmələri təxirə salıb oturaq işlərlə məşğul olun. Əks təqdirdə təxribat və ya böhtanla üzləşəcəksiniz. Yaxşısı budur, enerjinizi ailə və sevgiyə yönəldəsiniz.
OXATAN – Astroloji göstəricilər yalnız səfərə çıxmaqla yüksək əhval-ruhiyyəyə yiyələnəcəyinizi proqnozlaşdırır. Bu fürsəti fövtə verməyin. Bu gün büdcənizin böyümə ehtimalı da var.
OĞLAQ – Bu təqvimdə ulduzlar daha çox sizin zodiaka pul vəd edir. Bu səbəbdən də boş durmağınıza lüzum yoxdur. Büdcənizi artırmaq üçün ağlınıza gələn bütün ünvanlara və adamlara baş çəkin.
SUTÖKƏN – Təxminən saat 12-yə qədər bürcünüz üçün bəzi xoşagəlməzliklər mümkündür. Özünüzü gərgin və anlaşılmaz situasiyalara cəlb etməyin. Nahardan sonrasa maraqlı görüş və pul gözlənilir.
BALIQLAR – Günün ümumi mənzərəsi hüznlü olduğundan bütün riskli işləri təxirə salın. Əsas vaxtınızı istirahətə həsr etməklə qarşıdakı günlərin planlarını qurun. Aldığınız təklifləri düşüncə süzgəcindən keçirin.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər