BolgeXeber.Com » Ölkə » “Nurgün” şirkətlər qrupunun vitse-prezidenti oteldə ölü tapıldı

“Nurgün” şirkətlər qrupunun vitse-prezidenti oteldə ölü tapıldı

26-02-2015, 09:50
Oxunub: 4 801 “Nurgün” şirkətlər qrupunun vitse-prezidenti oteldə ölü tapıldı“Nurgün” şirkətlər qrupunun vitse-prezidenti Müşfiq Səfiyevin üzərində zorakılıq olmayan meyiti bu gün saat 17:00 radələrində Salyan Olimpiya-İdman Kompleksinin mehmanxanasında aşkarlanıb.

Şirkətin Salyandakı fəaliyyəti ilə əlaqədar rayona gələrək həmin mehmanxanada qalan vitse-prezident qapının döyülməsinə və telefon zənglərinə cavab verməyib. Bunu görən otel işçiləri onun qaldığı otağa pəncərədən daxil olarkən şirkət rəsmisinin meyitini görüblər. O, artıq çoxdan keçinibmiş.

Mərhumun cəsədinin ətrafına istifadə etdiyi dərmanlar da səpələnibmiş.

50 yaşlı Müşfiq Səfiyev yüksək qan təzyiqindən əziyyət çəkdiyi üçün onun beyninə qan sızdığı ehtimal olunur. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, mərhum M.Səfiyev tanınmış şair Əli Vəkilin oğludur.