BolgeXeber.Com » Ölkə » Hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası prezidentə müraciət etdi
Hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası prezidentə müraciət etdi
26-02-2015, 10:44
Oxunub: 5 144
Gülbuta Xasməmmədova: «Talehin şərlənərək həbs edilməsini əks etdirən videogörüntülər var»
Bir neçə gün bundan əvvəl Göyçayda şərlənərək həbs olunan hüquq müdaifiəçisi Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Bolgexeber.com-a daxil olan müraciətdə qeyd olunur ki, Taleh Xasməmmədov heç bir cinayət törətməyib və şərlənərək həbs olunub:
«Bütün bunlar şəxsən gözümün qarşısında baş verməsəydi, susardım, dinməzdim. Ancaq Talehin necə şərlənməsi gözümün qarşısında baş verdi. Kiçik qızımın 8 martda toyu olacaq deyə mebel mağazasından çıxıb, maşına əyləşmək istəyəndə həmin qondarma zərərçəkən Zahir adlı şəxs anı olaraq qəfil Talehə yaxınlaşıb üzünə tüpürdü, yaxasından yapışıb yerə yıxıldı və oğlumu da öz üstünə yıxdı. Başladı həyasızcasına qışqırmağa. İki dəqiqə çəkmədi 2 maşın polis ora gəldilər, polis rəisinin müavini də onların arasında idi. Sonradan öyrəndik ki, həmin Zahir adlı şəxs polisin "işverənidir", çoxlu sayda cinayət işində şahid və zərərçəkən kimi iştirak edib ki, artıq bunu təsdiq edən sənədlər də əldə edilib».
Anası bildirir ki, iki gündür Talehdən heç bir xəbər yoxdur. «Apardığımız yeməyi də qəbul etmirlər. Hadisənin necə baş verməsini gözü ilə görən çoxlu sayda insanlar var ki, həqiqəti söyləməyə hazır olduqlarını bildirirlər. Həmçinin gizli video çəkliş də var ki, artıq əldə etmişik və bunu şəxsən Sizə təqdim edəcəyik. Bir ana kimi inanıram ki,Siz obyektiv həqiqəti görüb bunu edən şəxsləri cəzalandıracaqsınız və şərlənərək həbsə atılmış Talehin dərhal azad edilməsinə göstəriş verəcəksiniz».
G.Xasməmmədova sonda onu da bildirir ki, 15 nəfərlik ailə köhnə darısqal evdə yoxsulluq və borc içində yaşayır. «Həmin evdə bankda girovdadır. Taleh iki ay bundan əvvəl İranda müayinə olunub və həkimlər ciddi xəstə olmasını bildirirlər. Bu dəfə də həbsdə qalsa məhv olacaq, buna görə hazırda ailəmiz gözü yaşlı qalıb yas içindəyik. Cənab prezident, sizdən xahiş edirik ki, Talehin işinin ədalətli araşdırılıması və onun azadlığa çıxmasını təmin edəsiniz».
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər