BolgeXeber.Com » Müsahibə-Reportaj » Bü gün əfv siyahısı dəqiqləşir

Bü gün əfv siyahısı dəqiqləşir

21-12-2011, 11:35
Oxunub: 4 709 Ruslan Bəşirli azadlığa çıxır; Cabbar Savalanla bağlı qəti qərar verilməyib

Dekabrın 20-də Prezident yanında Əfv Komissyasının iclası keçirilib. İclasda Əfv Komissiyası müraciətlərlə bağlı ümumi məsələlərə baxıb. Komissiyadan saytımıza bildiriblər ki, dekabrın 21-də yenidən toplaşacaqlar. Bugünkü iclasda təkliflərlə bağlı yekun qərar qəbul olunacaq.

Məlumata görə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününədək Prezident İlham Əliyevin əfv fərmanı və ya sərəncamı imzalayacağı gözlənilir. Siyahıda neçə məhkumun olacağı məlum deyil. Bu, Azərbaycan Respublikasında veriləcək 50-ci əfv qərarı olacaq. Komissiyadan saytımıza onu bildiriblər ki, bu dəfəki əfv daha çox məhkuma şamil olunacaq.

Redaksiyamıza verilən məlumata görə, həm 2 aprel məhbusları və həm də “hicab məhbusları” ilə bağlı məsələlər açıq qalıb: “Yalnız “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin azadlığa çıxacağı qətiləşib. Gənc fəal Cabbar Savalanın taleyi ilə bağlı da qəti qərar verilməyib və hər şey bügünkü iclasda aydın olacaq”.