BolgeXeber.Com » Dünya » Muzeydə çılpaq qadın

Muzeydə çılpaq qadın

26-02-2015, 16:45
Oxunub: 4 403 Muzeydə çılpaq qadınÖz etirazları ilə tez bir zamanda dünya mətbuatında şöhrət qazanan xanım Milo Moyr yenə xəbər manşetlərində yer alıb

Gənc qadın bu dəfə çılpaq şəkildə qucağında uşaqla muzeyə gedib. Keçən il metroda çılpaq dolaşaraq insanlara öz etirazını bildirən Milo paltar geyinmək əvəzinə, bədəninə paltarların adlarını yazmaqla hər kəsi təəccübləndirmişdi. Bu dəfə isə o, Almaniya Mədəniyyət Muzeyində qucağında körpə uşaqla peyda olub. Milonun sözlərinə görə, bu etirazın da bir açıqlaması var. Belə ki, o bu hərəkəti ilə insanlara göstərməyə çalışıb ki, körpə uşaq çılpaq qadın yanında belə təhlükəsizlikdədir. Xanım Milo həm də etdiyinin mədəniyyətlə birbaşa əlaqəli olduğunu vurğulayıb. Muzeyə gələn vətəndaşların hadisəyə münasibəti isə müxtəlif olub: bəziləri bunu normal qarşılasa da, bəziləri bunun mədəniyyətlə heç bir əlaqəsi olmadığını, Milonun ağ elədiyini deyib.