BolgeXeber.Com » Xəbərlər » AzərTAc-ın adı dəyişdirildi

AzərTAc-ın adı dəyişdirildi

26-02-2015, 17:26
Oxunub: 5 283 AzərTAc-ın adı dəyişdirildiAzərTAc Azərbaycan Dövlət İnformasiya Agentliyi adlandırılacaq

Prezident İlham Əliyev Azərbaycan Dövlət Teleqraf Agentliyinin adının dəyişməsi ilə bağlı sərəncam imzalayıb.

BOLGEXEBER.COM xəbər verir ki, yeni dəyişikliyə əsasən AzərTAc Azərbaycan Dövlət İnformasiya Agentliyi adlandırılacaq.

Prezidentin sərəncaında qeyd edilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri də həll etməlidir.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.