BolgeXeber.Com » Sosial » Bakıda qadın evini qarət edən cinayətkarı özü yaxaladı

Bakıda qadın evini qarət edən cinayətkarı özü yaxaladı

21-12-2011, 12:35
Oxunub: 4 802 Oğru qadın ev sahibinin əlindən ilk cəhddə qaçsa da, sonradan ələ keçib.

Bakının Nizami rayonunda qadın onun evini qarət edən oğrunu tutub. Rayon Polis İdarəsindən Bolgexeber.com-a verilən məlumata görə, dekabrın 20-də Şərq küçəsində yaşayan Firəngiz Həsənovanın evindən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Hadisə baş verən vaxt ev sahibi oğurluğu edən qadını görsə də, onu tuta bilməyib. Hadisədən az sonra avtobus dayanacağında evinə girən qadınla rastlaşıb. Onu tutaraq polis əməkdaşlarına xəbər verib.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşları oğurluqda şübhəli bilinən Yevlax rayon sakini Zibeydə Xasanovanı qandallayıblar.
Faktla bağlı araşdırma aparılır.