BolgeXeber.Com » BÖLGƏ TV » "Loğman" klinikasının sahibi şəhid evinə sahiblənir ...

"Loğman" klinikasının sahibi şəhid evinə sahiblənir ...

27-02-2015, 10:37
Oxunub: 9 109 "Loğman" klinikasının sahibi şəhid evinə sahiblənir ...Xudumovlar ailəsi öncə Ermənistandan, sonra Qarabağdan qaçqın düşüblər

2003-cü ildə Ramanada məcburi köçkünlər üçün salınan şəhərcikdə onlara ev verilib. Amma ailə indi yenə evsiz qalıb. Ailə üzvlərinin dediyinə görə, buna səbəb 4 il əvvəl “Loğman” klinikasının rəhbəri İlqar Quliyev adlı ailə dostlarının onları aldadaraq, evlərini öz adına keçirməsidir. Suğra Xudumova deyir ki, pula ehtiyacları olduğunu bilən İlqar Quliyev onlara faizə pul verəcəyini, lakin qarşılığında evlərini öz adına sənədləşdirəcəyini deyib.
Suğra xanım deyir ki, 2 aydır qonşu həyətdə yaşayan oğlunun evinə köçməli olublar. Ailənin oğlu İsabala Xudumov deyir ki, anlaşmaya görə, faizi bağlamaq üçün ailə götürülən 30 min manatı qaytarmaqla borcu qapamalı idi.
İsabala Xudumovun sözlərinə görə, boşaltmağa məcbur olduqları ev şəhid qardaşının adını daşıyır.
Olayda adı hallanan İlqar Quliyev çəkilişə razılıq verməsə də, haqqındakı ittihamlara telefonla cavab verdi. O, evi İsabala Xudumovdan aldığını söylədi.
Klinikanın rəhbəri sənədləşmədə evin qiymətinin 30 min manat göstərilməsini isə belə əsaslandırdı.
İlqar Quliyev deyir , məsələni yalnız o zaman bağlaya bilər ki, ailə ona ev üçün verdiyi 46 min nəğd ödənişi və əlavə 4 illik faiz, təxminən 70 min manat pulu ödəsin.
İsabala Xudumov haqqındakı ittihamları rədd edir. Ailə başçısı İmamqulu Xudumov isə şəhid oğlunun adını daşıyan evi tərk etməyəcəyini deyir.