BolgeXeber.Com » Sosial » “Ağsuda icra başçısını sayan yoxdur”

“Ağsuda icra başçısını sayan yoxdur”

27-02-2015, 11:30
Oxunub: 3 805 “Ağsuda icra başçısını sayan yoxdur”Əlillərin Reabilitasiyası İctimai Birliyinin sədri belə deyir

Gülnarə Səlimova Ağsu rayonunun mərkəzində yaşayır. Həmin rayonda fəaliyyət göstərən “GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyinin rəhbəridir. Son dönəmlərdə qarşılaşdığı bir sıra haqsızlıq və problemlərlə bağlı ayrı-ayrı təşkilatlara və insanlara üz tutsa da hələ ki dərdinə əlac edən olmayıb. Növbəti dəfə ümid yeri kimi “Hürriyyət”ə üz tutub. Gülnarə Səlimova qəzetə ünvanladığı məktubda belə yazır:
“GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyi 2005-ci ildə Ağsu rayonunda, mən – I – qrup əlil Gülnarə Səlimova və qardaşım I – qrup əlil Samir Səlimov tərəfindən, yaradılmışdır. İctimai birliyimiz 01 avqust 2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmişdir.
Birliymizin xatirmizə gələn bəzi fəaliyyətlərini sizlərə məlum etmək istərdik;
Birliymizin 700 nəfərə yaxın üzvü var. Fəaliyyətə başladığımız gündən hal-hazırki dövrədək ictimai birliyin xətti ilə bir çox nailiyyətlərə imza atmışıq. Belə ki, bir çox əlillərin və onların ailələrinin müalicəsini təmin etmək və onların təhsil almaları üçün həm maddi, həm də mənəvi dəstək oluruq. Sağlam gəncləri öyrətmək üçün ödənişli əsaslarla kompyuter kursları açdıq və uğurla davam edirik. Bir çox tələbəni kompyuter kursumuza daxil etmişik və bü gün də onları yüksək səviyyədə təhsillə təmin edirik. Azərbaycan tətbiqi və təsviri sənətinin bütün növləri əlil mütəxəssislərimiz tərəfindən bizim birlikdə geniş tədris olunur. Biz bir çox layihələrdə iştirak etməklə bərabər həm də bir çox layihələrin təşkilatçısı olmuşuq.
İctimai birliyimiz 2010-2011-2013ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qalib seçildi. Birliyin kursdan gələn gəlirinin hesabına 2011-ci ildə kiçik tikiş fabriki açdıq və ora Qarabağda şəhid olmuş 2 ailə üzvünü və Qarabağ əlilini işə aldıq. Bunları etməkdə məqsədimiz, hal-hazırda Ağsuda yaşayan 960 nəfərə yaxın əlilin həyatdan və insanlardan təcrid olunub özlərinə qapılmağının qarşısını almaqdır. Onların da adi insanlar kimi cəmiyyətdə xüsusi rolunu öz əməkləri və bilikləri vasitəsilə sübut etmək, ölkəmizə nə qədər gərəkli olduqlarını onlara öz gücləri, bilik və bacarıqları ilə aşılamaqdır. Bunun muqabilində ən azından öz işlərini özləri görmək halına gətirə bilərik. İmza atdığımız uğurların nəticəsidir ki, bizə başqa rayonlarımızdan - İsmayıllı, Qəbələ, Kürdəmir, Şamaxı, Kürdəmir, Ağdaş, Neftçala, Saatlı, Salyan, Gəncə, Ağcəbədi və s. rayonlarmızda yaşayan əlil vətəndaşlarımızdan da müraciət edənlər var.
06 dekabr 2014-cü il Azərbaycan Milli Paralimpiya Komitəsnin, Əlil idmançılara dəstək, "SENİ CUP" , təşəbüsü ilə BOCCİA İDMANI ÜZRƏ "SENİ CUP" TURNİRİ çempionat yarışda iştirak etdik. Bu tədbirdə bir çox xarici ölkələrdə və Nazirliklərdən münsiflər və qonaqlar var idi. İştirakçılar Ağsu rayonundan yalnız biz idik - Səlimova Gülnarə və Səlimov Samir. 19-27 yanvar tarixlərindəTürkiyənin Ankara şəhərində keçirilən və Agentliyimizin əməkdaş olduğu "Hands in Hand for Disabled in Production" layihəsi çərçivəsində Azərbaycanı təmsil edən Gülnarə Salimova, Ceyhun İsmayilov və Elza Salimova programda iştirak edən 11 ölkənin 60 gəncinə ölkəmizdə bu yöndə həyata keçirilən layihələr haqqında ətraflı məlumat veriblər.
Əlavə məlumat üçün bildirək ki, bu layihə Erasmus+ proqramı çərçivəsində keçirilir və bu layihədə Azərbaycanla yanaşı Litva, Ruminya, Albaniya, Gürcüstan, Monteneqro, İtaliya, Bolqarıstan, Rusiya Federasiyası, Polşa və Türkiyədən 60 nəfər iştirak etmişdir.
Bütün bunlara –rayon və Respublika miqyasında mühüm layihələrə imza atmağımıza, əlillərin reabilitasiyası üçün gerçəkləşdirdiyimiz gərəkli tədbirlərə baxmayaraq hazırda oturmağa normal yerimiz olmadığı üçün kirayə ofis (Ağsu şəhər, Nizami küçəsi) götürmüşük. Kirayə götürdüyümüz binanın isə qazla təminatında aylardı ki, problem yaranıb. İki ildir ki, ofisin qazla təminatı üçün dəfələrlə Ağsu rayon Qaz İstismar idarəsində olmuşam. Amma heç bir köməklik göstərilməyib. İdarənin rəisi Xəyyam Allahverdiyev ofisə gəldi və bizə dedi ki, bu mümkün deyil, mütləq smeta və texniki şərtlər təmin olunmalıdır. Bünün üçün isə 2000 manat ödəməyimizi tələb etdi. Bu ödənişin birliyin maddi imkanları xaricində olduğunu və birliyə kömək etməsi üçün xahiş etsək də, rədd cavabı aldıq.
2014 ci il sentyabr ayından bu günə qədər də Ağsu şəhər İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə və İcra Hakimiyyəti başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mikayılov İqbala, İH-nin Ağsu şəhər nümayəndəliyinə dəfələrlə yalvarışla müraciət edirik, cavab olaraq deyirlər ki, idarə rəisi Xəyyam Allahverdiyev bizi eşitmir.
14.01.2015- ci il “GÜLSAM” Əlillərin Reablitasiyası İctimai Birliyi”nin ofisində Ağsu İcra Hakimiyyətinin nümayəndələri - Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil xanım və Ağsu rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Mirqubat müəllim dəvətimi qəbul edərək, ofismizdəki acınacaqlı və dözülməz şərait ilə, otaqda soyuğun dözülməz həddə olduğunun şahidi oldular. İcra başçısı tərəfindən Ağsu memarlıq işçisi Atakişi müəllimə bizim problemlərlə məşğul olmaq tapşırıldı.
O da bizim ofisə gələrək vəziyyəti gördü və sonra ofisin bütün sənədlərini ona verdik. 20.02.2015- ci ildə yenidən Ağsu memarlıq işçisi Atakişi müəllimə nəticəni sorarkən, o, bizə Qaz idarəsində vəzifə dəyişikliyi olduğunu və Qaz idarəsinin rəisinin kim olduğunun hələ bilinmədiyini dedi. Bunu bildikdən sonra rayon İcra Hakimiyyəti başçısının iş telefonuna zəng vurdum. Telefon zənginə başçının köməkçisi Vüqar cavab verdi. Məsələnin nə yerdə və bizim taleyimizin necə olacağını Ənvər müəllimdən soruşmasını xahiş etdikdə, çox aqressiv, kobud şəkildə və çox yüksək tonda mənə cavabı bu oldu; “Nə istəyirsən? Mən heç kimə heç nə deyə bilmərəm! Nə üstümə düşmüsən?”
Bu kobud cavabdan donub qaldımki, axı mən buna nə dedim? Dövlətimizin biz əlillərə xüsusi diqqət və qayğısını nəzərə alaraq, xahiş edirik ki, bizim birliyin yerləşdiyi ofisin (Ağsu şəhər, Nizami küçəsi) qazla təminatında köməyinizi əsirgəməyəsiniz. Biz çox istərdik ki, bu qədər fəaliyyətimizin qarşısında birliyimizə diqqət və qayğınızı görək. Çünki, tək başımıza bütün bunları etmişiksə təkanımız olsa daha çox faydamız olar insanlara.
Əvvəlcədən minnətdarlığımı bildirirəm.
BOLGEXEBER.COM